Accessibility links

Güneyli siyasi məhbus Abbas Lisani azad edilib


Abbas Lisani
Abbas Lisani

Tanınmış azərbaycanlı fəal Abbas Lisani fevralın 21-də Ərdəbil həbsxanasından azad edilib və İranın mərkəzindəki Yəzd şəhərinə sürgünə göndərilmək üçün polis təcridxanasına köçürülüb.

“Abbas Lisani” adlı Telegram kanalı və insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin məlumatına görə, Lisani Ərdəbil həbsxanasında təxminən 4 il 2 ay həbsdə qaldıqdan sonra polis nəzarəti altında Ərdəbil həbsxanasından Yəzd şəhərinə sürgün cəzasını çəkmək üzərə Ərdəbildə polis təcridxanasına köçürülüb.

Tanınmış türk fəal 8 illik cəzasının yarıdan çoxunu çəkdikdən sonra azadlığa buraxılıb.

Abbas Lasani həbsxanadan polis nəzarətinə götürülür
Abbas Lasani həbsxanadan polis nəzarətinə götürülür

Azərbaycanlı siyasi məhbusun vaxtından əvvəl azadlığa buraxılmasının səbəbinin İran ədliyyə orqanlarının bildirdiyi kimi "ümumi amnistiya sərəncamı" ilə əlaqədar olduğu güman edilir. Son günlər və həftələr ərzində daha bir neçə azərbaycanlı siyasi məhbus və son etirazlar zamanı həbs olunan vətəndaşlar həbsdən azad edilib.

Siyasi məhbuslar üçün əlavə sürgün cəzasına İran məhkəmə sisteminin ümumi amnistiyası daxil deyil. Buna əsasən, azadlığa çıxan digər siyasi məhbus Əlirza Fərşinin də sürgün cəzasının həyata keçiriləcəyi bildirilir.

2019-cu ilin yanvar ayından bəri Ərdəbil həbsxanasında saxlanılan Lisani həmin ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsində 8 il həbs və İranın Yəzd şəhərinə 2 il sürgün cəzasına məhkum edilmişdi.

XS
SM
MD
LG