Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi fotoblogerə azadlıq tələb edir


 Vəli Şükürov
Vəli Şükürov

Azərbaycan hakimiyyəti fotobloger Vəli Şükürovu azad etməli və mətbuat nümayəndələrinə qarşı uydurma ittihamların irəli sürülməməsini təmin etməlidir.

Bu barədə mərkəzi qərargahı Nyu Yorkda olan Jurnalistləri Müdafiəsi Komitəsinin bəyanatında deyilir.

Fevralın 4-də Bakının Yasamal rayonunda polis fotobloger Şükürovu saxlayıb, Komitənin məlumatında deyilir.

O, xuliqanlıq və polisə tabe olmamaqda ittiham olunub, fevralın 5-də rayon məhkəməsi onu 30 sutka inzibati həbs cəzasına məhkum edib.

Fevralın 10-da Bakı Apellyasiya Məhkəməsi blogerin apellyasiya şikayətini təmin etməyib.

"Şükürov barəsində uydurma ittihamlarla hökm və onun işində ciddi pozuntular dərin narahatlıq doğurur, tam və şəffaf araşdırma tələb edir", Komitənin Avropa və Mərkəzi Asiya proqramının koordinatoru Gülnoza Said bildirib.

"Azərbaycan hakimiyyəti Şükürovu azad etməli və mətbuat nümayəndələrinin saxta təqib qorxusu olmadan öz işlərini sərbəst yerinə yetirmələrini təmin etməlidir", o qeyd edib.

Yerli media bildirib ki, jurnalist dövlət məmurunun avtomobililə maraqlanıb, məhz bu, onun həbsinə səbəb olub.

Komitənin Azərbaycan Daxili İşlər Nazirliyinə və Ədliyyə Nazirliyinə göndərdiyi elektron məktublar cavabsız qalıb.

XS
SM
MD
LG