Accessibility links

Azərbaycan xarici işlər naziri Türkiyənin Kahramanmaraş şəhərinə səfər edib


Ceyhun Bayramov və Mevlut Çavuşoğlu (Rəsmi foto)
Ceyhun Bayramov və Mevlut Çavuşoğlu (Rəsmi foto)

Fevralın 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə səfər edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Ceyhun Bayramovu dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu qarşılayıb.

Nazir Ceyhun Bayramov Kahramanmaraş şəhərinə səfəri çərçivəsində AFAD Mərkəzini ziyarət edib, zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyyəsi, həmçinin zəlzələnin nəticələri ilə tanış olub.

XS
SM
MD
LG