Accessibility links

Henri Rom: Zənnimcə həm Azərbaycan, həm də müəyyən dərəcədə İran gərginliyin eskalasiya etməsinin mənfi tərəflərini görür


Henri Rom: Zənnimcə həm Azərbaycan, həm də müəyyən dərəcədə İran gərginliyin eskalasiya etməsinin mənfi tərəflərini görür
please wait

No media source currently available

0:00 0:04:41 0:00

Henri Rom: Zənnimcə həm Azərbaycan, həm də müəyyən dərəcədə İran gərginliyin eskalasiya etməsinin mənfi tərəflərini görür

ABŞ-da qərargahlanan Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun baş elmi işçisi Henri Rom Amerikanın Səsinə müsahibədə Azərbaycanın İrandakı səfirliyinə hücumu, İranla Azərbaycan arasında gərginliyin artma ehtimalını və bu gərginliyin regiondakı geosiyasətə təsirlərini şərh edib.

Amerikanın Səsi: Ötən həftə Azərbaycanın Tehrandakı səfirliyinə hücum olub. İranın dövlət mediası hücum edən şəxsin şəxsi motivi olduğunu deyib. Azərbaycan Prezidenti İlham Əliyev isə bunu terror aktı adlandırıb və tam araşdırılmasına çağırıb. Sizin hücuma ilkin reaksiyanız nədir?

Henri Rom: Bu nöqtədə biz nə baş verdiyini dəqiq bilmirik. İranlılar müxtəlif təbliğat kanalları vasitəsilə bunun məişət zəminində baş verən bir hadisə olduğunu vurğulamağa çalışdılar. Təbii ki, Azərbaycan tərəfi bununla razılaşmadı və nəinki güclü diplomatik cavab verdi, həmçinin Tehrandakı səfirliyinin fəaliyyətini dayandırdı və İranda diplomatik nümayəndəliyi kimi yalnız Təbrizdəki konsulluğunu saxladı. Məncə, nəticə etibarilə biz nəyin baş verdiyini bilmirik, amma Azərbaycan tərəfi bunu, şübhəsiz ki, məqsədyönlü əməliyyat kimi görür, iranlılar isə bunu inkar edir. Biz isə əmin deyilik.

Amerikanın Səsi: Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tama dayandırıb. Bu yaxınlarda isə Azərbaycan Daxili İşlər Nazirliyi sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar aparan və İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirən 39 nəfərin saxlanıldığı barədə məlumatlar dərc edib. Bunların hamısı iki ölkə arasında gərginliyin yüksək olduğu bir vatxa təsadüf edir. Belə ki, İran ötən ilin oktyabrında Azərbaycanla sərhəddə böyük hərbi təlimlər keçirib. Bunun ardınca Azərbaycan İranla sərhəddə Türkiyə ilə birgə hərbi təlimlər keçirib. Son hadisələri nəzərə aldıqda, iki ölkə arasında gərginliyin eskalasiya etmək ehtimalı nədir?

Henri Rom: Məncə bu çox həssas bir məqamdır, çünki həm Azərbaycan, həm də müəyyən dərəcədə İran eksalasiyanın davam etməsinin mənfi tərəflərini görürlər. Məncə Azərbaycan tərəfi iranlılar tərəfindən bir sıra təhlükələr görür, eyni zamanda çox güman ki, Rusiyanın diqqətini Ukraynadakı müharibəyə yönəltməsi ilə öz qonşuluğundakı məsələləri həll etməkdə daha azad hərəkət edə biləcəyini görür. Mənim fikrimcə, İran tərəfi bir az ziddiyətlidir. Onlar bir tərəfdən düşmən axtarırlar, yəni ya ritorika ilə yada fiziki olaraq kürdlərə, israillilərə, səudiyyəlilərə, azərbaycanlılara, eləcə də Avropada və əlbəttə ki, Birləşmiş Ştatlardakılara hücum etməyə çalışırlar ki, bu da onların daxili problemlərinin funksiyasıdır. Digər tərəfdən isə iranlıar gərginlikləri bir az azaltmağa çalışdıqlarına işarə edən addımlar atırlar.

Amma mən hesab edirəm ki, buradakı ümumi trayektoriya olduqca narahatedicidir. Mən həm də onu qeyd etmək istəyirəm ki, İranın nüvə proqramı ilə bağlı narahatlıqlar artdıqca, İran daxilində əlavə gizli fəaliyyətin olacağı ehtimalı yüksəkdir, İranın nüvə obyektlərinə və ya bir neçə gün öncə gördüyümüz kimi, İranın raket və ya dron obyeklərinə qarşı hücumlar kimi. Və İran da bunlara görə İsraili cavabdeh tutur və uzun zamandır İsrailin Azərbaycanla yaxın əlaqələrinin olmasından və İsrailin Azərbaycandan gələcəkdə bu cür hücumlar həyata keçirmək üçün bir platforma kimi istifadə edə biləcəyindən narahatdır.

Amerikanın Səsi: Azərbaycanla Ermənistan arasında gərginliyin yeniləndiyi, Rusiyanın diqqətinin Ukraynada müharibəyə yönəldiyi bir vaxt, İranla Azərbaycan arasındakı gərginlik regionda geo-siyasətə necə təsir göstə bilər?

Henri Rom: Düşünürəm ki, bu, olduqca narahatedicidir və bu, amerikalılar və avropalılar kimi digər oyunçuların və ən azından İran deyil, Azərbaycan və Ermənistan tərəfindən dialoq üçün platforma yaratmağa və orada gərginliyi azaltmağa çalışması üçün imkanlar yaradır. Lakin bu, olduqca çətin bir vəziyyət və problemdir, xüsusilə də ona görə ki, Qərb hökumətlərinin bu məsələdə İranla əlaqədə olmaqda real maraqları yoxdur ki, o, digər tərəflərlə əlaqə qura bilsin. Ancaq İranla gərginliyin azaldılması üçün platforma yaratmaq imkanları getdikcə çətinləşir. Ona görə də deyərdim ki, bu trayektoriya həm regional aspektlər, həm də İran, Rusiya və Qərb arasında daha geniş geosiyasi əlaqələr səbəbilə narahatedicidir.

XS
SM
MD
LG