Accessibility links

Təbrizdə keçirilən etiraz aksiyaları zamanı həbs edilən 3 nəfər sərbəst buraxılıb


Sağdan Ümid Gözəli, Sona Rəhmanzadə və Zəhra Muradxanlı
Sağdan Ümid Gözəli, Sona Rəhmanzadə və Zəhra Muradxanlı

İranda keçirilən son etiraz aksiyaları zamanı saxlanılan azərbaycanlılardan üçü müvəqqəti olaraq zaminə buraxılıb.

Bu barədə HRA xəbər agentliyi və bölgədəki hüquq müdafiəçiləri məlumat yayıb.

Xəbərə görə, Sona Rəhmanzadə, Ümid Gözəli və Zəhra Muradxanlı məhkəmə prosesi başa çatana qədər müvəqqəti olaraq Təbriz Mərkəzi Həbsxanasından zaminə buraxılıblar.

Təbriz sakini bloger Sona Rəhmanzadə dekabrın 18-də təhlükəsizlik qüvvələri tərəfindən evində həbs edilərək, Təbriz zindanına köçürülmüşdü. Həbsdə olduğu müddətdə ona ailəsi və yaxınları ilə əlaqə saxlamaq hüququ verilmədiyi üçün uzun müddət onun vəziyyəti ilə bağlı heç bir məlumat olmayıb.

Noyabrın 16-da İranda ümummilli etiraz aksiyaları ilə bağlı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən digər məhbus Ümid Gözəli də girov müqabilində həbsdən müvəqqəti buraxıldığı bildirilir.

Həmçinin noyabrın 29-da İran Azərbaycanı daxil olmaqla ölkədə keçirilən ümummilli etiraz aksiyaları ilə bağlı həbs edilən xanım Zəhra Muradxanlı da zaminə buraxılıb və məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılıb.

Tərbrizdə zaminə buraxılan etirazçı vətəndaşlara qarşı irəli sürülən ittihamlarla bağlı hələ ki, məlumat yoxdur. Bu məhbuslar bir ay və ya daha çox Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən nəzarətdə saxlanılıb dindirildikdən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü.

Son aylarda İran Azərbaycanı şəhərlərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan şəxslər həftələrlə uzun müddət həbsdə saxlanılıb və dindirilirlər.

Son üç ayda məhbusların müvəqqəti azadlığa buraxılması üçün qəbul edilmiş zəmanətin məhkəməyə təqdim olunmasına baxmayaraq, onların müvəqqəti azadlığa buraxılması prosesinin yubanması ilə bağlı məlumat yayılıb.

XS
SM
MD
LG