Accessibility links

Təbrizdə Zəhra Muradxanlı və Sonya Rəhmanzadənin həbsi davam edir


Sonya Rəhmanzadə və Zəhra Muradxanlı
Sonya Rəhmanzadə və Zəhra Muradxanlı

Hüquq müdafiəçiləri Təbrizdə yazar Zəhra Muradxanlının keçən aydan bəri və bloger Sonya Rəhmanzadənin təqribən 2 həftədir həbsdə olduğunu bildirirlər.

Bu barədə HRA agentliyi, habelə AHRAZ və Ərk cəmiyyətləri məlumat yayıblar.

İranın təhlükəsizlik qüvvələri Zəhra (Nazənin) Muradxanlını noyabr ayının 29-da Təbrizdəki evində nəzarət altına alıblar. Ərk cəmiyyətinin xəbərinə görə, Muradxanlı bir roman kitabının müəllifidir.

Blogger Sonya (Sona) Rəhmanzadə də evində həbs edilib. Məmurlar onu dekabr ayının 18-də nəzarət altına alıblar. Rəhmanzadənin yaxınları onun hazırkı vəziyyəti ilə bağlı dəqiq məlumat ala bilmirlər.

Keçən sentyabr ayından bəri İranda davam edən geniş etirazlarda hüquq müdafiəçiləri İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində yüzlərlə etirazçının öldürüldüyü və minlərlə vətəndaşın həbs edildiyini bildirirlər.

Ölkənin müxtəlif bölgələrində öldürülən və həbs edilənlər arasında çox sayda gənc qadın və qızların adları görünür.

XS
SM
MD
LG