Accessibility links

Təbrizdə Aylar Həqqinin qırx mərasimində 3 nəfərin həbs edildiyi bildirlir


Təbrizdə etirazlarda öldürülən Aylar Həqqinin qırx mərasimi
Təbrizdə etirazlarda öldürülən Aylar Həqqinin qırx mərasimi

Təbrizin Vadi-Rəhmət qəbiristanlığında Aylar Həqqinin qırx mərasiminə təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra, bu mərasimdə 3 nəfərin həbs olunduğu bildirilir.

Bölgədəki hüquq müdafiəçiləri və HRA xəbər agentliyinin məlumatına görə, bu mərasimdə həbs olunanlar İbrahim Mühacir, Mir Əkbər Hüseyni və Səid Mahmudidir.

Müşahidəçilərin dediyinə görə, bu mərasimdə iştirak edənlərdən daha çox nəfərin həbs edilmə ehtimalı var, ancaq hələ ki, digər məhbusların kimliyi ilə bağlı məlumat yoxdur. İndiyədək, həbs olunan etirazçıların üçünün şəxsiyyəti məlum olub.

Azərbaycanlı jurnalist və milli fəal İbrahim Rəşidi, İbrahim Mühacirlə bağlı Twitter hesabında yazıb: “20 il öncə İbrahim Mühacirlə Təbriz Universitetində tələbə jurnallarında fəal olduğu zaman tanış olmuşam. Bu 20 il ərzində o, həmişə çox çalışqan idi və bir neçə dəqiqə əvvəl Təbrizdə keçirilən Aylar Həqqinin qırx mərasimində həbs olundu.”

Sağdan İbrahim Mühacir və Səid Mahmudi
Sağdan İbrahim Mühacir və Səid Mahmudi

Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərindən olan və həmin mərasimdə həbs olunan digər şəxs Mir Əkbər Hüseyninin harada saxlanıldığı və ittihamları barədə məlumat yoxdur. O, daha öncə, “sistemə qarşı təbliğat aparmaq” və “nizama müxalif qruplaşmalara üzv olmaq” ittihamlarından suçlanaraq, cəmi 14 ay həbsə məhkum edilmişdi.

Qərbi Azərbaycan vilayətinin Urmiyə şəhərindən olan Səid Mahmudi də naməlum vəziyyətdədir və ona qarşı irəli sürülən ittihamlar məlum deyil.

Əslən Məlikkəndidən olan tibb fakültəsinin tələbəsi və Təbriz sakini Aylar Həqqinin Təbrizin Vadi-Rəhəmt qəbristanlığında ölümünün qırx mərasimində toplaşan xalq, etiraz aksiyası keçirərək, İran hakimiyyəti və dini lider Əli Xamnei əleyhinə şüarlar səsləndiriblər.

XS
SM
MD
LG