Accessibility links

Əkbər Hüseyni Təbriz həbsxanasından sərbəst buraxılıb


Məcburi hərbi xidmətdə olan Əkbər Hüseyni həbs müddətini başa vurduqdan sonra Təbriz həbsxanasından azad olunub.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Əkbər Hüseyni hərbi məhkəmə tərəfindən “nizama qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamından 4 ay, “nizama müxalif qruplaşmalara üzv olmaq” ittihamından isə 9 ay həbsə məhkum edilmişdi.

Əslən Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərindən olan Mir Əkbər Hüseyni HRA agentliyinin xəbərinə görə, təqribən bir həftə əvvəl sərbəst buraxılıb.

O daha əvvəl həbs müddəti başa çatmadan şərti azadlığa buraxılmış, ancaq bir neçə ay öncə yenidən həbs edilmişdi.

Agentliyin bildirdiyinə görə, Hüseyni 2019-cu ilin noyabr ayında artan benzin qiymətinə qarşı etirazlarla əlaqədar mühakimə edilən müttəhimlərə yardım etdiyi üçün 2021-ci ilin yanvar ayında saxlanılmışdı. Onun həbsdə olduğu günlərdə məmurlar tərəfindən döyüldüyünə dair xəbərlər yayılmışdı.

XS
SM
MD
LG