Accessibility links

Təbrizdə tələbə Mehdi Fikri həbs edilib


Mehdi Fikri
Mehdi Fikri

Tələbə Mehdi Fikrinin Təbrizdəki evində İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığına dair məlumat yayılıb.

Hüquq müdafiəçiləri Təbriz Universiteti tələbəsinin həbsinin İranda davam etməkdə olan ümummilli etirazlar ilə əlaqədar olduğunu yazıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərinə görə, Fikri dekabrın 8-də Təbrizin Şahgölü məhəlləsindəki evində həbs edilib.

Xəbərdə Mehdi Fikrinin oktyabr ayının ilk günlərində Təbriz Universitetində təşkil olunan aksiyalardan sonra universitetin “intizam komitəsi” tərəfindən bir il müddətinə təhsildən uzaqlaşdırıldığı qeyd edilib.

20 yaşındakı tələbəni nəzarət altına almağa gedən məmurlar evi axtararaq onun şəxsi əşyası, o cümlədən kompüter və mobil telefonunu müsadirə ediblər.

HRA-nın bildirdiyinə görə, Fikri ailəsi dəfələrlə ölkənin təhlükəsizlik və məhkəmə qurumlarına müraciət etsələr də, övladlarının vəziyyəti ilə bağlı konkret məlumat ala bilməyiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG