Accessibility links

Azərbaycanlı alıcıları xaricdən məhsul sifarişinə təhrik edən nədir? 


Azərbaycanlı alıcıları xaricdən məhsul sifarişinə təhrik edən nədir?
please wait

No media source currently available

0:00 0:02:57 0:00

Nərmin Əziz vaxtaşırı xaricdən alış-veriş edir. O özü də 4 il onlayn satışla məşğul olub. Nərmin deyir ki, eyni keyfiyyətdə məhsulun qiyməti Azərbaycanda 2-3 dəfə baha olur.

Nərmin Əziz, sifarişçi: "Gün eynəyini 600 manata satırlar, o gün eynəyini Amerikadan sifariş verirsən 300 manata. Yəni fərq bu qədər olur."

Şahanə Mustafayeva, satıcı: "Yəni düşünsək ki, Azərbaycanın ortalama maaşı 300 manatdır və bizdə də qış kurtkaları 179 manatdır, yəni, bu, bizim büdcə üçün həqiqətən uyğun deyil."

Brend geyim dükanında 2 il satıcı olaraq çalışan Şahanə Mustafayeva deyir ki, son vaxtlar alıcıların sayında azalma müşahidə edib:

"Hazırda insanlar gəlib nəsə alsa belə, yəni hiss edirik ki, onun şəklini çəkirlər və sifariş verməyə üstünlük verirlər."

Şahanə qiymətlərin baha olmasını gömrük rüsumu və vergilərlə əlaqələndirir.

2020-ci ilin sentyabrından vətəndaşların xaricdən gətirdiyi məhsulun ay ərzindəki qiymət limiti 1500 dollardan 800 dollara, onlayn alacağı məhsulun qiymət limiti isə 1000 dollardan 300 dollara endirilib. Limiti keçənlər isə 36 faiz gömrük rüsumu ödəməli olur.

İqtisadçı-ekspert Fərid Mehralızadə deyir ki, qiymətlərin uyğun şəkildə formalaşması üçün rəqabət mühiti yaradılmalıdır:

"Ümumdünya Ticarət Təşkilatının bir müddət öncə açıqladığı hesabat var, həmin hesabatda məlum olur ki, Azərbaycan regionda orta gömrük rüsumların ən yüksək olduğu ölkədir. Təsəvvür edin, Azərbaycanda orta gömrük rüsumları 8,5 faizdir, amma qonşu Gürcüstanda 1,4 faiz. Hələ Gürcüstanın idxal etdiyi məhsulların 90 faizə yaxını, ümumiyyətlə, gömrük rüsumlarından azaddır".

İqtisadçı əlavə edir ki, hökumət əlavə dəyər vergisini müddətli də olsa, aşağı çəksə, bu qiymətlərin səviyyəsinə müsbət mənada təsir edər.

Nərmin Əziz də hesab edir ki, gömrük rüsumları daha az olmalıdır:

"Qiymətlər aşağı salınmalı, rəqabət olmalıdır. Yəni monopoliya olmasa, bu, daha uyğun olar. Məsələn, Türkiyə ilə Azərbaycan arasında anlaşma ola bilər, güzəştli şeylər ola bilər. Çünki eyni marka Türkiyənin markasıdır, Bakıda Türkiyə pulu ilə deyim, 60Tl, 5-6 manat arası olan bir şeyi bizdə 60 manata almaq insanı bir az incidir."

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG