Accessibility links

Erik Lob: Bundan sonra, yəqin ki, etiraz və repressiyaların daha tez-tez və daha intenstiv şəkildə davam edəcəyini görəcəyik


Erik Lob: Bundan sonra, yəqin ki, etiraz və repressiyaların daha tez-tez və daha intenstiv şəkildə davam edəcəyini görəcəyik
please wait

No media source currently available

0:00 0:09:41 0:00

Florida Beynəlxalq Universitetinin Siyasət və Beynəlxalq Münasibətlər Departamentinin professoru Erik Lob Amerikanın Səsinə müsahibədə İranda Məhsa Əmininin əxlaq polisinin nəzarətində ikən ölümündən sonra baş qaldıran etirazların gedişatını, bu etirazlarda etnik azlıqlar amili və İran Azərbaycanından olan etirazçılara separatçı damğasının vurulmasını şərh edib.

Amerikanın Səsi: İranda Məhsa Əminin ölkənin əxlaq polisinin nəzarəti altında ikən ölümündən sonra artıq həftələrdir ki, etirazlar davam edir. Qadınlar əsas hüquqlarına hörmətlə bağlı tələblər müəyyyən mənada rejim dəyişikliyi ilə bağlı tələblərə çevrilib. Sizcə bu etirazlar necə nəticələnə bilər? Sizin fikrinizcə, bu etiraz dalğaları ilə əvvəlki etiraz dalğaları arasında fərqlər varmı?

Erik Lob: Bəli, fərqlər var. 2009-cu ildə mən İranda ikən Yaşıl Hərəkat etirazları var idi ki, onlar seçki saxtakarlığı ilə bağlı reallıqlar və təsəvvürlərlə əlaqədar idi. 2017-2019-cu illərdə iqtisadi narazılıqlar, subsidiyaların yumşaldılması, əsas məhsul və əmtəə qiymətlərinin artması ilə başlayan etirazlar daha sonra siyasi müstəviyə keçdi. Və indi də sizin dediyiniz kimi, bu etirazlar daha çox sosial məsələlər ətrafında, qadınların öz bədənləri üzərində söz haqqına sahib olmaları, hicab məsələsi və bizim Qərbdə də müəyyən mənada şahid olduğumuz polis zorakılığı ilə əlaqədar başladı. Və sonra bu etirazlar ali liderə və digər siyasi elitaya qarşı və rejim dəyişikliyi ilə bağlı çağırışların olduğu siyasi istiqamətə doğru irəlilədi.

Nə ilə nəticələnəcəyinə gəldikdə, bilirisiniz, ölkənin bu cür vəziyyətlərdə həm praktika həm də ritorikada mövqeyinin dəyişməməsi nəzərə alındığında rejim dəyişikliyinin olacağına nikbin yanaşmaq çətindir. Elitanın ritorikasına baxdığımızda, onlar bu fəallar və vətəndaşları etirazçı deyil, iğtişaşçı və ya ölümlə cəzalandırla bilən kafir, xarici agent, İslam Respublikasının düşməni adlandırırlar. Ona görə kompromis üçün yer, demək olar ki, yoxdur. Və biz bunu təhlükəsizlik qüvvələrinin qəddar təqiblərindən və edam cəzalarından, zaman-zaman şahid olduğumuz məcburi etiraflarından görə bilərik. İndi olan odur ki, biz daha tez-tez və daha intensiv keçən etiraz və repressiya dalğalarına şahid oluruq. 2009 və 2017 arasında çox uzun müddət keçmişdi, amma 2017-ci ildən bəri biz etirazlar və repressiyaların tez-tez təkrar olunduğunu və intensivləşdiyini görürürk. Və əgər hər hansı əsaslı islahatlar olmasa və bəzi mötədillər və islahatçıların çağırdığı kimi dialoq, milli dialoq olmasa və rejim bu tələblərdə heç bir güzəştə getməsə, o zaman biz bundan sonra yəqin ki, etiraz və repressiyaların daha tez-tez və daha intenstiv şəkildə davam edəcəyini görəcəyik.

Amerikanın Səsi: Bu etirazların bir aspekti də odur ki, onlar bir-iki ərazidə cəmləşməyib və ölkənin bütün bölgələrinə, o cümlədən bu etirazlarda böyük rol oynayan etnik azlıqların çoxluq təşkil etdiyi bölgələrə yayılıb. Bu, etirazlar üçün nə cür əhəmiyyət kəsb edir? Azərbaycan türklərinin, kürdlərin və bəlucların mədəni və siyasi muxtariyyət üçün etirazları İranın siyasi mənzərəsi üçün nə vəd edir?

Erik Lob: Bəli, düşünürəm ki, bu, çox qabarıq şəkildə özünü göstərir. Yəni, təbii ki, siz görə bilərsiniz ki, bu etirazlar coğrafi xətt üzrə birləşib. Onlar coğrafi baxımdan çox geniş bir əraziyə, demoqrafik baxımdan isə müxtəlif yaş qrupları arasında çox geniş yayılıb. Və etnik əhali əlbəttə ki, çox vacibdir, nəzərə alsaq ki, Məhsa Əmini, bildiyiniz kimi, həbs olunmazdan əvvəl Tehrana kürd ərazilərindən getmişdi. Burada kürd məsələsi ön plana çıxdı və biz bunu dövlətin müdafiə mövqeyindən çıxış etməsində də gördük.

Onlar əslində təkcə İranda deyil, həm də İraqla sərhədin o tayında müdafiə mövqeyində olduqlarını və özlərinə qarşı təhdid hiss etdikləri kürd hərəkatlarına, partiyalarına və yarı-hərbi qüvvələrə qarşı sərt çıxış etdilər. Bəluc ərazilərində də eyni şey baş verdi. Orada mülki vətəndaşların və fəalların təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildiyi, səhv etmirəmsə, “Qanlı Cümə” adlandırdıqları bir gün oldu. Və beləliklə indi onların səsi eşidilir. Və bu, diqqəti həmin bölgələrdəki icmalara və dini liderlərə yönəltdi.

Və mən düşünürəm ki, İran Azərbaycanı ərazilərində də oxşar dinamika var, burada bu əhali uzun illər ərzində özlərini sosial və siyasi, hətta mədəni və dini baxımdan dövlət tərəfindən təcrid olunmuş və ikinci sinif vətəndaş kimi hiss ediblər. Və onlar hiss edirlər ki, keçmişdə siyasətçilər, hətta islahatçı və mötədil olanlar da onlara siyasətdə, iqtisadiyyatda, cəmiyyətdə daha çox iştirak vəd etmişlər, lakin bu vədlər yerinə yetirilməyib.

Azərbaycan cəbhəsindən bunun həm də xarici siyasət tərəfi var. Biz İranla Azərbaycan arasında gərginliyin artdığını görürük. Elə bu gün, görünür Azərbaycan yenicə Azərbaycan daxilində İran casusları şəbəkəsini üzə çıxarıb və ya mühakimə edib. Yəni Azərbaycanla İran arasında gərginlik var. Bundan əlavə İran əlbəttə ki, Ermənistanla Azərbaycan arasında balans yaratmağa çalışır. Eyni zamanda isə bəzən bu xarici siyasətlə bağlı narazılığını ifadə edən öz daxili azərbaycanlı əhalisi ilə bağlı siyasətini müəyyənləşdirir. Yəni bu, daxili və xarici siyasət eləcə də onların İran daxilində və xaricində necə qarşılıqlı əlaqə qurması arasında maraqlı bir dinamikadır.

Amerikanın Səsi: Beynəlxalq mediada İrandakı etirazlara böyük diqqət yetirilib. Amma görünən odur ki, etnik azlıqlar amili və hökumətin repressiyalarını qeyri-mütənasib olaraq azlıqların yaşadığı bölgələrə yönəltməsi faktı daha az diqqət çəkib. Sizcə bunun səbəbi nədir?

Erik Lob: Bu həqiqətən də belədir. Birincisi, mən düşünürəm ki, etirazların özü diqqət cəlb edib, ancaq bəzən hələ də xəbər başlıqlarında üstünlük təşkil edən və İranın da əlbəttə rol oynadığı Ukraynadakı hadisələr onlara kölgə salır. Hətta bu gün İran dronları və ya raketləri Ukraynaya ziyan vurub və onlar Ukrayna ordusu tərəfindən vurulub. Yəni etirazlar diqqət üçün rəqabət aparmalı idi. Bununla birlikdə, ABŞ-ın nöqteyi-nəzərindən çıxış edərək deyirəm ki, bizdə də böyük diqqətin ayrıldığı ara seçkiləri oldu noyabr ayında.

Yəni etirazların özü diqqət cəlb etdi və onlar qadın haqları ilə bağlı olduğu üçün və qlobal səviyyədə və ya Qərbdə bu məsələ saçlarını kəsən, saçlarını açan, İslam Respublikasının təməl kimliyinə və ideologiyasına bağlı olan simvollara, hicaba və digər simvollara hücum edən bu qadın fəallarla birlik və həmrəyliklərini ifadə edən insanları ruhlandırdı. Yəni bu hadisələr və fəaliyyətlər Qərb auitoriyasını İranda, dediyiniz kimi, etirazların dinamikasımna, eləcə də İran siyasəti və cəmiyyətinin dinamikasında eyni dərəcədə mühüm olan etnik məsələdən daha çox ruhlandırıb.

Amerikanın Səsi: İranda hökumət əleyhinə etirazlar davam etdiyi bir vaxt, etnik azərbaycanlı azlıq 1945-1946-cı illərdə fəaliiyət göstərmiş Azərabycan Milli Hökumətinə istinad edərək azadlıq, ədalət və milli hökumət tələbi ilə etirazlara qoşulublar. Lakin İran Azərbaycanında milli hökumət çağırışları hakimiyyət tərəfindən parçalanma kimi qiymətləndirilir və onlar İranın şimal-qərbində son etirazlarda saxlanılan insanlara separatçı və ya pantürkist damğası vururlar. Buna münasibətiniz necədir?

Erik Lob: İranda azərbaycanlılar məsələsində olduğu kimi bu da çox mürəkkəbdir. Əlbəttə bəluclar və kürdlər və digər qruplarda olduğu kimi, dövlət onların daha inklüziv olmaq istəklərinin əksinə onların separatçı ambisiyalarından narahatdırlar.

Azərbaycanılar və digər etnik qruplar, onların fəalları, bəziləri sadəcə olaraq siyasətə, iqtisadiyyata, cəmiyyətə, mədəniyyətə və s. daha çox daxil edilməyə çağırırlar və İran rəsmiləri bəzən bu tələbləri ya çaşdıra və ya qəsdən bir-birilə qarışdıra bilər ki, bunu təhlükəsizlik məsələsinə çevirsin və separatçı iddialarının olub-olmamasından və ya siyasət və cəmiyyət daxilində daha çox inklüzivliyə çağırıb-çağırmamalarından asılı olmayaraq bu fəallar və vətəndaşları təqib etməyə haqq qazandırsın.

Bundan əlavə bayaq da dediyim kimi xarici, geosiyasi məsələlər – Iranla Azərbaycan arasında gərginlik, digər tərəfdən isə Ermənistan və bu münaqişəyə cəlb olunan regional aktyorlar- bu dinamikaları mürəkkəbləşdirir. Bununla yanaşı İran daxilində bəzi tanınmış elitalar, o cümlədən ali ruhani özü var ki, onlar Azərbaycan icmasından gəlirlər. Amma onlar elə düşünür ki, bu, insanların hər gün üzləşdikləri təcridolunmanı kompensasiya edə bilər. Ancar fakt budur ki, etmir.

Ona görə də biz bu icmalara daha dərindən baxıb və elit rütbəyə daxil olan tək-tük üzvlərinin olmasına baxmayaraq, onların hər gün üzləşdikləri marjinallaşmanı və hüquqlarından məhrum olunduqlarını görməliyik.

XS
SM
MD
LG