Accessibility links

Dünya boyu keçirilən etiraz aksiyalarında nümayişçilər "İranda azadlıqlara" çağırış edir


Dünya boyu keçirilən etiraz askiyalarında nümayişçilər "İranda azadlıqlara" çağırış edirlər
please wait

No media source currently available

0:00 0:03:07 0:00

Məhsa Əmininin ölümü İranda etirazlara səbəb olandan altı həftə sonra dünyanın bir neçə şəhərində nümayişçilər küçələrə axışaraq İranda azadlığa çağırıblar.

Dünya boyu insan zənciri minlərlə iranlı və İranda siyasi azadlıqlar tərəfdarlarını birləşdirdi.

Norveçin Oslo şəhərində, Londonun Trafalqar meydanında və Vaşinqtondakı National Mall parkında aksiyalar təşkil olundu.

Los Ancelesdə iranlı-amerikalı Al Biggi İranda azadlıq, demokratiya və ədalətə çağırış etdi.

"Dünya İrandakı rejimin öz vətəndaşlarını necə qətl etdiyini gördü. Qızları, oğlanları, yetkinləri. Onlar məktəblərə gedib, qızları zorlayıb, sonra nəzarət altına alırlar. Bu qeyri-insanidir. Biz diktatorların əlində qətl edilə bilmərik. Bu inanılmazdır. Hər kəs Putinin Ukraynada etdiklərini görür. İrandakı bu rejim Rusiyaya ukraynalıları da öldürməyə kömək edir. Bizim ürəklərimiz qan ağlayır" , Al Biggi deyir.

Nümayişçi Mehean soyadını vermək istəmir, çünki hələ də İranda olan dostları üçün narahatdır. O deyir ki, çox insanın etirazlar başlayandan bəri ailələri ilə əlaqələri kəsilib və onlar internetə əngəlsiz çıxış tələb edirlər.

"Mən 12 il İranda yaşamışam və bu gün İran xalqınını dəstəkləmək üçün buradayam. Onlar azadlıq istəyirlər və azadlıq uğrunda mübarizə aparırlar" , o söyləyir.

Nyu York şəhərində Helen Kamali ukraynalı amerikalılar ilə birgə etiraz aksiyasını təşkil etməyə yardım edib.

"Düşünürəm ki, biz hazırda qəddar diktatorlar tərəfindən təqib olunan iki xalqın fərdləriyik. Və mən inanıram ki, biz səylərimizi birləşdirərək ölkəmizdəki insanların səslərini ucalda və xaricdə baş verən hadisələrə işıq sala bilirik. Vəziyyət elə bir həddə çatıb ki, artıq itiriləcək heç nə qalmayıb. Məncə arxan divara söykənəndə, həyatını riskə atmaq azadlıq naminə verə biləcəyin böyük bir bədəldir. İrandakı insanlar da bunu etməyə könüllüdürlər" , Kamali bildirir.

Los Ancelesdə aktyor və rejisor Bəhram Ziraksari deyir ki, insanlar Tehrandakı hakimiyyətə qarşı nümayiş keçirmək üçün həyatlarını riskə atdığı bir vaxt, İranda azadlıqlar uğrunda mübarizə aparmaq və etiraz etmək bütün iranlıların borcudur.

"Biz mənim xalqımı dəstəkləmək üçün buradayıq. Rejim qadınlara, insanlara hücum edir. Bütün iranlılar mənim ölkəmi dəstəkləmək üçün burada birlikdədir" , o deyir.

Etirazların təşkilatçıları dünya boyu hökumətləri İran İslam Respublikasının bütün səfirlərini və beynəlxalq təşkilatlardakı nümayəndələrini persona non-qrata elan etməyə çağırırlar.

XS
SM
MD
LG