Accessibility links

Təbrizli dükan sahibləri 3 gündür tətil keçirir


Təbrizin böyük qapalı bazarı
Təbrizin böyük qapalı bazarı

Təbrizdə dükan sahibləri üçüncü gün ardıcıl olaraq dükanlarını açmaqdan imtina edir.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Təbrizin müxtəlif yerlərində dükan sahibləri İranda keçirilən ümumi tətillərə qoşulublar.

Daha əvvəl xalq arasında geniş şəkildə yayımlanan çağırışa əsasən, vətəndaşlardan 2019-cu ilin noyabrında İranda baş qaldıran etiraz aksiyalarının qurbanlarının xatirəsinə üç gün ərzində etiraz aksiyalarına və ümumi tətillərə qoşulmaq istənilmişdi.

Vətəndaşların sosial şəbəkələrdə yaydıqları videolara görə, Təbrizin Vəliəsr, Şəhnaz, Sədi, Xaqani, Tərbiyət, Nesfi-rah, Maralan, Əmir qapalı bazarının dükançıları da son iki gündə olduğu kimi ümumxalq tətilinə qoşulub.

Ərdəbil və Zəncan şəhərlərindən yayımlanan bəzi görüntülərə görə, bu şəhərlərdəki bir çox dükan sahibləri də artıq 3 gündür ki, tətil elan edib və dükanlarını bağlı saxlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG