Accessibility links

Osman Gündüz: Azərbaycanın DAB yayımına keçib, İranla sərhəddə radioxidməti gücləndirməsi doğru addım olardı


Azərbaycan Milli İnternet Forumunun prezidenti Osman Gündüz (Arxiv foto, mənbə VOA)
Azərbaycan Milli İnternet Forumunun prezidenti Osman Gündüz (Arxiv foto, mənbə VOA)

Litvanın Vilnüs şəhərində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Tezliklər üzrə Ekspert İşçi Qrupunun 14-cü iclası keçirilib.

İclasda 8 ölkədən 30 ekspert, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı, "Ernst&Young" və "WoldDAB" şirkətinin təmsilçiləri iştirak edib.

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, iclasda "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələrdə 700 MHs və 3500 MHs tezlik diapazonlarında yeni nəsil mobil texnologiyaların tətbiqi vəziyyəti, həmin tezlik diapazonları üzrə Avropa ölkələrində görülmüş işlərə dair müzakirələr aparılıb. Eyni zamanda, mobil şəbəkələrin əhatə dairəsinin və ötürmə sürətinin ölçülməsi üzrə təqdimatlar edilib.

Həmçinin Azərbaycan Rabitə administrasiyasının təklifinə əsasən "DAB Plus" rəqəmsal radio yayımının tətbiqi ilə bağlı məsələlər müzakirə olunub və bu istiqamətdə İşçi Qrupunda işlərin davam etdirilməsi məqsədəuyğun sayılıb.

"Şərq Tərəfdaşlığı” Proqramının Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin toplantısı (Foto Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinindir)
"Şərq Tərəfdaşlığı” Proqramının Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin toplantısı (Foto Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinindir)

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycanda hələ 700 MHs və 3500 MHs tezlik diapazonlarında yeni nəsil mobil texnologiyaları tətbiq olunmur.

Osman Gündüz: Azərbaycanın DAB yayımına keçib, İranla sərhəddə radioxidmətləri gücləndirməsi doğru addım olardı
please wait

No media source currently available

0:00 0:05:01 0:00

"Dövlət Radiotezliklər İdarəsi bu tezliklərdə resursların təmizlənməsi, başqa radioxidmətlərin bu tezliklər üzərindən kənarlaşdırlması və onun mobil operatorlara müsabiqəyə verilməsi üçün, auksiona çıxarılması üçün açıqlamalar verib. Dövlət Radiotezliklər İdarəsi bununla bağlı bir konseptual sənəd də hazırlayıb. Bu tezliklər əvvəllər başqa- başqa radioxidmətlər tərəfindən mənimsənilib, ya istifadə olunur, ya da uzun müddətdir ələ keçirilməsinə baxmayaraq istifadə olunmur. İndi hökumət bu tezliklərdən faydalı, səmərəli, effektiv istifadə edilməsi üçün iş aparmaldır. Hesab edirəm ki, həmin tezliklərin azad edilib yeni 4 GE, 5 GE tenologiyaları (5-ci nəsil kabelsiz mobil texnologiyalar-red) ilə mobil operatorlar üçün müsabiqəyə çıxarılması üçün görüləsi işlər hələ çoxdur".

İran özünün raditezlikləri üzərində olan radioxidmətləri gücləndirib Azərbaycan tərəfə yönləndirir. Yəni Azərbaycana qarşı radio müdaxilə edir.
Osman Gündüz, ekspert

Mobil şəbəkələrin əhatə dairəsi və ötürmə sürəti ilə bağlı məsələyə gəlincə ekspert deyib ki, Azərbaycanın rəsmi qurumları zaman-zaman mobil şəbəkələrin ötürmə sürətinin artırılması ilə bağlı açıqlamalar verir.

"Amma bütün Azərbaycan üzrə mobil şəbəkələrin əhatə dariəsinin geniş olduğunu, sürətli olduğunu demək elə də asan olmazdı. Baxmayaraq ki, beynəlxalq qurumlar son dövrlərdə Azərbaycanda mobil internetin sürətinin artdığını qeyd edir. Bununla yanaşı, bizdə hələ elə ərazilər var ki, orada sürət 2 GE, 3 GE-dir. Yəni həmin ərazilərdə yüksək sürətlərdən hələ danışmaq olmaz".

Osman Gündüz bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında yeni İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi yaradılıb.

"Bu agentlik tənzimləmə işlərinə nəzarət edəcək. Yəni lisenziya almış mobil operatorların lisenziya şərtlərinə əməl etməsinə nəzarət edəcək. Çünki lisenziya almış mobil operatorlar ölkə üzrə 3 GE, 4 GE texniligiyaları qurmaq öhdəliyi götürüb".

"DAB Plus" rəqəmsal radio yayımının tətbiqi ilə bağlı məsələlərdən danışan ekspert bildirib ki, Azərbaycanda televizyalar rəqəmsal yayıma keçsə də radiolar hələ də anoloq yayımdan istifadə edir. Onun firkincə, rəqəmsal radio yayımına keçid üçün ölkədə hələ tələbat yoxdur.

"Yəni kiminsə avtomobilində rəqəmsal yayımdan istifadə üçün qurğu quraşdırılmayıb".

Onun qənatəincə, hökumətin yavaş-yavaş DAB (Rəqəmsal Səs Yayımı) radio yayımına keçməsi müsbət addımdır.

"Bizim indi radio yayımı sahəsində İranla müəyyən problemlərimiz var. İran özünün raditezlikləri üzərində olan radioxidmətləri gücləndirib Azərbaycan tərəfə yönləndirir. Yəni Azərbaycana qarşı radio müdaxilə edir. Azərbaycanın DAB radio yayımına keçib sərhədlərdə müxtəlif radioxidmətləri işə salması doğru olardı. Azərbaycan hökuməti bu istiqamətdə işlərə start verməlidir" , İnternet Forumunun prezidenti qeyd edib.

XS
SM
MD
LG