Accessibility links

"Demokratiya 1918" hərəkatının sədri: "Siyasi hakimiyyətin sifarişi ilə mənə cinayət işi açmaq istəyirlər"


“Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli
“Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli

Noyabrın 16-da "Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli Cəlilabad Rayon Prokurorluğuna çağırılıb. Onun sözlərinə görə, prokurorluq ona qarşı cinayət işi açmağa cəhd edir.

Əhməd Məmmədli bildirib ki, prokurorluq onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etdiyi, magistratura təhsilini davam etdirmək üçün Muğla Sıtkı Koçman Universitetinə qəbul aldığı sənədi saxta hesab edir:

Əhməd Məmmədli: "Siyasi hakimiyyətin sifarişi ilə mənə cinayət işi açmaq istəyirlər"
please wait

No media source currently available

0:00 0:01:17 0:00

"Bununla bağlı Türkiyə Səfirliyindən cavab alıblar, görünür ki, bu sənəd əsasında siyasi hakimiyyətin sifarişi ilə mənə cinayət işi açmaq istəyirlər. Mənim əleyhimə istifadə olunan sənəd isə mənim təqdim etdiyim sənəd deyil".

Hərəkat sədri deyir ki, o, vicdani-rədd hüququndan istifadə edəcək, yəni məcburi hərbi xidmətdən imtina edəcək.

Əhməd Məmmədlinin vəkili Elçin Sadıqov Amerikanın Səsinə müsahibəsində deyib ki, müvəkkilini Türkiyədən həqiqəti əks etdirməyən arayış almaqla saxta ittiham irəli sürməyə çalışırlar. "Prokurorluqda Əhməd Məmmədlidən izahat alınıb. Hələlik araşdırma aparılır"- deyə, vəkil bildirib.

Elçin Sadıqov Əhməd Məmmədlinin Cəlilabad Rayon Prokurorluğuna çağırılması ilə bağlı
please wait

No media source currently available

0:00 0:00:36 0:00

Əhməd Məmmədlinin vəkili Elçin Sadıqov Amerikanın Səsinə müsahibəsində deyib ki, müvəkkilini Türkiyədən həqiqəti əks etdirməyən arayış almaqla saxta ittiham irəli sürməyə çalışırlar. "Prokurorluqda Əhməd Məmmədlidən izahat alınıb. Hələlik araşdırma aparılır"- deyə, vəkil bildirib.

İş günü bitdiyi üçün hələlik Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Sentyabrın 20-də Demokratiya 1918 Hərəkatının sədri Əhməd Məmmədliyə Səbail Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib.

Hərəkatın sədri məhkəmənin önündən polis maşını ilə aparılarkən bildirib ki, o sülh çağırışlarına və İlham Əliyevi tənqidlərinə görə həbs olunub. Əhməd Məmmədli həbsinin əsassız olduğunu deyib. O deyir ki, bununla bağlı ona təzyiq göstərilib. Əhməd Məmmədli öz Facebook hesabında sülh çağırışları və İlham Əliyevi tənqid edən bir neçə paylaşımlar edib.

Oktyabrın 21-də 30 sutka inzibati həbs cəzasından azadlığa çıxan Demokratiya 1918 Hərəkatının sədri Əhməd Məmmədli mətbuat konfransı keçirib. Hərəkət sədri bildirib ki, inzibati həbsdə olarkən ona sülhlə bağlı danışmayacağı təqdirdə təhsilini davam etdirmək üçün ölkədən çıxışına şərait yaradılacağı barədə təkliflər olunub, lakin Məmmədli bundan imtina etdiyini deyib. Əhməd Məmmədli əlavə edib ki, o magistratura təhsili üçün ona möhlət hüququ tanınıb və natariusda təsdiq olunub, lakin siyasi fəaliyyəti ilə bağlı bu hüququndan məhrum edilə bilər.

Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev o zaman Amerikanın Səsinə bildirmişdi ki, hansısa vətəndaşın hərbi xidmətə göndərilməsi Daxili İşlər Nazirliyinin səlahiyyətində olan məsələ deyil.

Qeyd edək ki, noyabr ayında "Demokratiya 1918" Hərəkatının İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının kuryer üzvü Orxan Zeynallıya və Hərəkatın İdarə Heyəti üzvü Afiəddin Məmmədova 30 sutka inzibati həbs cəzası verilib. Hərəkatın İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının Kuryerlər Birliyinin rəhbəri Elvin Feyruzzadə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, daha sonra isə sərbəst buraxılıb.

XS
SM
MD
LG