Təbriz Universitetinin rektoru Höccət Nəsrullahzadə İslam Respublikası tərəfdarı Təbriz Universitetinin şəhərciyində toplaşdığı mitinqdə etirazçı tələbələri onların bundan sonra təhlükəsizliyini qoruya bilməyəcəyini bildirərək, onları etirazlarına son verməyə çağırıb.
Təbriz Universitetinin rektoru universitet və "inqilabçı tələbələrin inqilabi səbri"nin tükəndiyini” və "bundan sonra" etirazçı tələbələrin təhlükəsizliyini qoruya bilməyəcəyini söyləyib.
O, universitetdəki İslam Respublikası tərəfdarlarına və Bəsic qüvvələrinə işarə edərək, bundan sonra daha "onların qarşısında dayana bilməyəcəyini" bildirib.
Müşahidəçilər rektorun dolayı şəkildə etirazçı tələbələrin mitinqlərinə Bəsic qüvvələrin rerpressiya tətbiq edəcəyi barədə xəbərdarlıq etdiyini düşünür.
Höccət Nəsrullahzadə hökumət tərəfindən təşkil edilən həmin mitinqdə mən tələbələrə xəbərdarlıq edərək deyib ki, "universiteti xaosa salanlarla universitet güclü şəkildə qarşı duracaq."
O, İslam Respublikasının ali dini liderinin universitetdə “təhqir olunmasına” imkan verməyəcəyini də bildirib.
Nəsralehzadə "bundan sonra" etiraz edən tələbələrin "təhlükəsizliyini qoruya bilməyəcəyini" iddia etdiyi halda, Təbriz Universitetinin tələbələrinin etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələri tələbələrə plastik güllələr atıb və əvvəlki aksiyalarda xeyli sayda tələbə yaralanıb.
Tehranın İslam Azad Universitetində Bəsic respressiya qüvvələrinə bağlı olmaqda təxmin edilən tüfəng və dəyənəklə silahlanmış mülki geyimli şəxslər tərəfindən nümayişçilərə qarşı hücum edildiyi bildirilir.
Təbriz Universitetinin rektorunun hədələrindən bir neçə gün əvvəl İnqilab Keşikçiləri Korpusunun başçısı Hüseyn Salami də ölkə boyu etirazçılara xəbərdarlıq edərək şənbə günü etiraz aksiyalarının son günü olacağını bildirmişdi.