Accessibility links

Azərbaycan müdafiə naziri və İran baş qərargah rəisi arasında telefon danışığı olub


Zakir Həsənov və Məhəmməd Hüseyn Baqeri (Rəsmi foto)
Zakir Həsənov və Məhəmməd Hüseyn Baqeri (Rəsmi foto)

Oktyabrın 3-də Azərbaycan müdafiə naziri Zakir Həsənovla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

Azərbaycan Müdafiə Nazirliynin mətbuat xidmətinin məlumatına görə, tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Telefon danışığı İsrail Dövlətinin müdafiə naziri Benyamin Qansın Azərbaycanda rəsmi səfərdə olduğu günə təsadüf edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iki ölkənin nazirlərinin görüşündə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG