Accessibility links

BMT-nin nüvə agentliyi Ukraynada atom elektrik stansiyasında potensial fəlakət barədə xəbərdarlıq edib


BMT-nin nüvə agentliyi Ukraynada atom elektrik stansiyasında potensial fəlakət barədə xəbərdarlıq edib
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Rusiya Ukraynada Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporijya stansiyasında hərbi texnika yerləşdirdiyini inkar edib. Beynəlxalq Atom Enerjisi Agentliyi aylarla davam edən atışmalar nəticəsində obyektə zərər dəyəndən sonra stansiyanın ətrafında təhlükəsiz zonanın yaradılmasına çağırır.

Rusiya Ukraynada Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporijya nüvə stansiyasında hərbi texnika yerləşdirdiyini inkar edib. BMT-nin nüvə enerjisinə nəzarət edən Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri bu həftə hesabat dərc edərək, nüvə stansiyasında potensial fəlakət barədə xəbərdarlıq ediblər. Agentlik aylarla davam edən atışmalar nəticəsində obyektin bəzi hissələrinə zərər dəyəndən sonra stansiyanın ətrafında təhlükəsiz zonanın yaradılmasına çağırır. Ukrayna nüvə agentliyinin hesabatının kifayət olmadığı bildirərək, BMT-dən Rusiyanın Zaporijya stansiyasını tərksilah etməyə məcbur edilməsini tələb edir.

XS
SM
MD
LG