Accessibility links

AXCP fəalı saxlanılıb


Ceyhun Rzayev
Ceyhun Rzayev

Mayın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mingəçevir şöbəsinin fəalı Ceyhun Rzayev saxlanıldığı bildirilir.

Partiyadan verilən məlumata görə, onu mülki geyimli şəxslər saxlayıb.

"Ceyhun bəy bu gün qızını məktəbdən götürərkən 3 nəfər tərəfindən saxlanılıb. Qızına isə deyiblər ki, sən get evə atan tezliklə evə qayıtmayacaq."

AXCP-dən əlavə olunub ki, Ceyhun Rzayev mayın 14-də Bakıda "Kriminal dövlət istəmirik!" şüarıilə keçirilən aksiyaya dəstək olaraq Mingəçevirdə təkadamlıq aksiya keçirib, sonra saxlanılıb və sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü kimi təqdim edən və əvvəllər Cinayət Məcəlləsinin 182, 234, 243 və 244-cü maddələri ilə məhkumluq həyatını yaşayan Ceyhun Rzayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.

"Hazırda onun barəsində müvafiq araşdırma aparılır. Araşdırma nəticəsindən asılı olaraq əməli tövsif olunacaq," o bildirib.

Elşad Hacıyev vurğulayıb ki, Rzayevin saxlanmasında heç bir siyasi motiv yoxdur.

XS
SM
MD
LG