Azərbaycanın yerli ekspertləri, hüquq müdafiəçiləri "Vətəndaş və İnkişaf" Partiyasının lideri Əli Əliyevin hərbçi Emil Cəfərovun şikayəti üzrə 5 ay müddətinə azadlıqdan məhrum edilməsini edilməsini Azərbaycanda diffamasiyaya qarşı mübarizəyə təkan verdiyini deyirlər. Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, Azərbaycanda “Diffamasya haqqında qanun” qəbul edilməlidir.
Diffamasiya nədir? Diffamasiya başqasının şərəf və ləyaqətini alçaldan həqiqətəuyğun olmayan məlumatın yayılmasıdır. Azərbaycan Respublikası Cinayət məcəlləsinin böhtan və təhqirə görə məsuliyyətin nəzərdə tutulduğu 147 və 148-ci maddələrin Cinayət Məcəlləsindən çıxarılması Azərbaycanın Avropa Şurasına qəbul olarkən üzərinə götürdüyü öhdəliklərdən biridir, lakin hələ də icra edilməyib. Üstəlik 2019-cu ildə Azərbaycanda böhtan və təhqirə görə cinayət məsuliyyətinin tətbiq dairəsi genişləndirilib.