Türkiyəli rəssam Bakıda sərgi keçirib
Demetra və Aidin hekayəsindən təsirlənən türkiyəli rəssam Aynur Özüm Aktürk, öz hisslərini sulu boya ilə yaratdığı nar kompozisiyaları vasitəsi ilə ifadə edib. Əsərlərin sərgisi müstəqil ADO teatrı tərəfindən hazırlanan “Demeterin qızı” və “Baharın qızı” adlı performanslarla birlikdə Salaam Cinemada və ADO teatrında keçirilib. Rəssam belə bir məkanda sərgi keçirməyi çoxdan arzuladığını və bu əsərlərin məhz Bakıda nümayiş etməsinin xüsusi səbəbi olduğunu bildirib. Aynur Özüm Aktürk həm də əlavə edib ki, bu hekayənin feministik bir yönü var. Qeyd edək ki, tədbirdə səslənən musiqi xüsusi olaraq bu sərgi üçün İstanbulda İlker Yasin Yıldız bəstələyib.
Episodes
-
Dekabr 29, 2024
Sorğu: Azərbaycanda yeni doğulan uşaqların sayı niyə azalır?
-
Dekabr 29, 2024
Tofiq Yaqublunun növbəti məhkəmə prosesi keçirilib