Accessibility links

Ukraynanın Azərbaycandakı səfirliyi önündə aksiya keçirilib


Ukraynanın Azərbaycandakı səfirliyi önündə aksiya keçirilib
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Fevralın 25-də Demokratiya 1918 Hərəkatının üzvləri Bakıdakı Ukrayna Səfirliyi önündə Ukraynaya dəstək aksiyası keçirib. Aksiya təşkilatçıları bildiriblər ki, Rusiyanın Ukraynaya müdaxiləsi yolverilməzdir və heç bir hüquqa əsaslanmır. Aksiyanın bəyanatında bildirilir ki, D18 Hərəkatı Rusiyanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə müdaxiləsinə qarşıdır. Səslənən bəyanatda daha sonra vurğulanıb ki, Rusiya dərhal qoşunlarını Ukrayna ərazisindən çəkməlidir. Daha sonra iştirakçılar “Slava Ukraine” (“Ukraynaya zəfər”) şüarı səsləndiriblər. Aksiyaya hər hansı müdaxilə baş verməyib. İştirakçılar sonda bəyanatlarını Ukrayna Səfirliyinə təqdim ediblər. Fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib. Bunu beynəlxalq hüququn pozulması kimi dəyərləndirən bir sıra ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər. Həmçinin bəzi ölkələrdə Ukraynaya dəstək aksiyaları təşkil edilib. Onlar Ukraynaya dəstəklərini, müharibə istəmədiklərini ifadə ediblər.

XS
SM
MD
LG