Accessibility links

Rüstəm İsmayılbəyli azadlığa buraxılıb


Rüstəm İsmayılbəyli azadlığa buraxılıb
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Dekabrın 15-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ictimai fəal Rüstəm İsmayılbəyli azadlığa buraxılıb. Fəal hazırda həbsdə aclıq edən Saleh Rüstəmova azadlıq tələbilə dekabrın 1-də keçirilmiş aksiyadan sonra həmin ərazidə həbs edilmişdi. Bakı Dövlət Universitetinin tələbəsi olan Rüstəm İsmayılbəyli aksiya zamanı dərsdə olduğunun desə də, məhkəmə onun barəsində 30 günlük həbs qərarı çıxarmışdı. Bakı Apelyasiya Məhkəməsi Rüstəm İsmayılbəyli haqqında şikayətə ikinci dəfə baxıb və qərarı ləğv edib. Rüstəm İsmayılbəyli həbs edilməsindən, saxlanma şəraitindən Amerikanın Səsinə danışıb. Fəal bildirir ki, o aksiya iştirak etməyib, nə saxlanılan zaman, nə də məhkəmədə onun sözlərinə məhəl qoyulmayıb. Fəal deyir ki, 14 günlük həbsi onu təhsil almaq hüququndan da məhrum edib.

XS
SM
MD
LG