40 gündür aclıq aksiyası edən Saleh Rüstəmova azadlıq tələbi ilə aksiya keçirilib
Dekabrın 15-də Fəvvarələr Meydanında həbsxanada 40 gündür aclıq edən və dekabrın 13-dən quru aclığa keçən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmliyə azadlıq tələbi ilə etiraz aksiyası keçirilb. Aksiya iştirakçıları "Saleh Rüstəmovu azad et!", "Öldürmə, azad et!" şüarları səsləndirib. Polis aksiyaya müdaxilə edib, otuzdan çox iştirakçı saxlanılıb. Aksiyada saxlanılan Tofiq Yaqublu, Kənan Zeynalov və Babək Həsənov pandemiya qaydalarının pozulması ittihamı ilə 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıblar. Daxili İşlər Nazirliyi açıqlamasında bildirib ki, xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıblar.
Episodes
-
Yanvar 02, 2025
Gürcüstanda yeni il gecəsi etiraz aksiyası
-
Yanvar 02, 2025
Sənət və biznes: Rəssamların çıxılmaz dilemması
-
Dekabr 31, 2024
Oreqonun Zoopark işıqları