Apelyasiya Məhkəməsi Rüstəm İsmayılbəylinin həbsindən 50 dəqiqə azaldıb
Dekabrın 10-da ictimai fəal Rüstəm İsmayılbəylinin apelyasiya məhkəməsi keçirilib. Məhkəmə açıq olsa da, məhkəməyə ancaq ailə üzvlərinin iştirakına icazə verilib. Fəal dekabrın 2-də 30 sutka inzibati həbs cəzası alıb. Apelyasiya Məhkəməsinin qərarı ilə Rüstəm İsmayılbəylinin inzibati həbs müddətindən 50 dəqiqə azaldılıb. Rüstəm İsmayılbəylinin atası Hüseyn İsmayılbəyli oğlunun aksiyada iştirak etmədiyini deyir. Fəal özü isə həbsini ədalətsiz hesab edir. Dekabrın 1-də "Fəvvarələr Meydan"ında Saleh Rüstəmovun azad edilməsi tələbiylə aksiyaya cəhd olub. Aksiya zamanı 40 nəfərə yaxın şəxs saxlanılsa da, onların əksəriyyəti həmin gün sərbəst buraxılıb, 5 nəfərə isə inzibati həbs cəzası verilib.
Episodes
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?
-
Yanvar 10, 2025
Tofiq Yaqublunun məhkəməsində insident yaşanıb