Accessibility links

"Müdafiə xətti" İnsan Haqları Təşkilatı aylıq hesabatını açıqlayıb


"Müdafiə xətti" İnsan Haqları Təşkilatı aylıq hesabatını açıqlayıb
please wait

No media source currently available

0:00 0:04:15 0:00

Dekabrın 6-da "Müdafiə Xətti" İnsan Haqları Təşkilatının mətbuat konfransı keçirilib. Konfransda 2021-ci ilin noyabr ayı üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair təşkilatın hesabatı səsləndirilib. Təşkilatın icraçı direktoru Rüfət Səfərovun məlumatına görə, hakimiyyətin tənqidçilərinə təzyiq, həbs edilənlərə qarşı fiziki zorakılıq və işgəncə faktları dekabr ayında digər aylarla müqayisədə pik həddə çatıb. Hüquq müdafiə təşkilatının monitorinqinə əsasən, əvvəlki dövrlərdə olduğu kimi, noyabr ayında da hökumət hüquqi dövlətin ayrılmaz tərkib hissəsi olan qanunun aliliyi və hüququn üstünlüyünə maraq göstərməyib. Hüquq müdafiə təşkilatı hesab edir ki, ölkədə demokratik quruluşa təminat verilməli, icra, qanunverici və məhkəmə hakimiyyəti arasında balans yaradılmalıdır.

XS
SM
MD
LG