Accessibility links

Heyvan haqları fəallarının növbəti məhkəmə prosesi keçirilib


Heyvan haqları fəallarının növbəti məhkəmə prosesi keçirilib
please wait

No media source currently available

0:00 0:04:05 0:00

Heyvan haqları fəallarının növbəti məhkəmə prosesi keçirilib. İttiham olunan şəxslərdən Elxan Mirzəyev bildirir ki, məhkəmə prosesində qarşı tərəf iştirak etməyib. Bundan başqa, proses zamanı iddiaçıların vəkili tərəfindən edilən sübutlar əsassız olub. Elxan Mirzoyev, proseslərdə edilən sual cavablar nəticəsində ehtimal edir ki, şikayətlər iddiaçıların özləri tərəfindən yazılmayıb. İttiham olunan tərəfin nümayəndələrindən Nicat İsmayılovun və Elxan Mirzoyevin Covid passportları olmadığı üçün, proses onlayn formada keçirilməli olsa da, məhkəmə real şəkildə davam edir. Elxan Mirzəyev gümn edir ki, buna səbəb, məhkəmənin açıq olması və yayılması ilə bağlı olan narahatlıqlardır. İddiaçılardan şərh almaq mümkün olmayıb. Fəallara qarşı 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrlə iddia qaldırılıb. Hər iki maddə üzrə onlar 6 aya qədər azadlıqdan məhrum edilə bilər.

XS
SM
MD
LG