Accessibility links

"Bakı qida hakatonu" keçirilib


"Bakı qida hakatonu" keçirilib
please wait

No media source currently available

0:00 0:03:55 0:00

27-28 noyabr tarixlərində Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Gənc Avropa Səfirləri və Aİ-nin maliyyə dəstəyi ilə "Bakı Qida Hakatonu” keçirilib. Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “AgriVision” layihəsi ilə birlikdə təşkil edilən hakatonun əsas mövzusu sağlam qidalanma vərdişlərinin təbliği, yerli qidaların istehlakına həvəsləndirmək və Azərbaycanda qida ilə bağlı problemlər üçün innovativ həllər yaratmaqdır. Tədbir ölkədə mühüm sahələrdən biri sayılan kənd təsərrüfatının dəstəklənməsinə yönəldilib. İki günlük tədbirin məqsədi - Bakıda İT və startap icmalarının nümayəndələrini regionlardan olan qida məhsulları istehsalçıları ilə bir araya gətirərək, aqroturizm və yerli ərzaq məhsulları istehsalı ilə bağlı vacib problem və imkanlar barədə iştirakçıları məlumatlandırmaqdır. İştirakçı komandalara dəstək və kömək üçün yerli və xarici təcrübəli mentorlar tədbirə cəlb olunub. Qalib komandanı aqrar xidmət və innovasiya sahəsində yüksək profilli ekspertlər daxil olmaqla dəvət olunmuş münsiflər heyətinin üzvləri seçib. Yer tutan ilk 3 komandaya pul mükafatı verilib.

XS
SM
MD
LG