"Bir rəssamın portreti"
Azərbaycanın xalq rəssamı Mir Nadir Zeynalovun xatirəsinə həsr olunmuş "Bir rəssamın portreti" sənədli filminin premyerası keçirilib. Film 27 noyabrda Nizami Kino Mərkəzində nümayiş olunub. Bakı Abadlıq Xidmətinin maliyyə dəstəyi ilə istehsal olunan filmin ssenari müəllifi və prodüseri Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir. Filmin çəkilişləri rəssamın ölümündən bir neçə ay əvvəl lentə alınıb. Filmin rejissoru Mübariz Nağıyev bildirir ki, “Bir rəssamın portreti” sənədli filmi Mir Nadir Zeynalov haqqında çəkilmiş yeganə filmdir. Rejissor onu da əlavə edir ki, filmdə rəssamın həyatının bir günü təsvir olunur: "Tamaşaçı onun emalatxanasına daxil olur, iş prosesini müşahidə edir və onun xatirələrini, habelə həyat və sənət haqqındakı fikirlərini eşidir. O, uşaqlığından, gəncliyindən, məhəbbətindən, sənət dostlarından danışır, yaradıcılığında xüsusi yer tutan Qala kəndinin küçələri ilə gəzir”.
Episodes
-
Dekabr 26, 2024
Əziz Orucov həbsdə qaldı
-
Dekabr 25, 2024
Kyivdə “Mariupolun müdafiəçiləri” üçün dəstək aksiyası