Accessibility links

Azərbaycanın ilk xatirə muzeyi


Azərbaycanın ilk xatirə muzeyi
please wait

No media source currently available

0:00 0:01:50 0:00

Şəkidə yerləşən Mirzə Fətəli Axundovun ev muzeyi Azərbaycanda açılmış ilk xatirə muzeyidir. Mirzə Fətəli Axundov Azərbaycan maarifçisi, materialist filosofu və ictimai xadimi, Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidin banisidir. Axundov bu evdə doğulub və onun uşaqlıq və yeniyetməlik dövrləri də burada keçib. M.F.Axundovun ev muzeyi 2 binadan; həyat və yaradıcılığına həsr olunmuş ekspozisiya zalından və Axundovun anadan olduğu evdən ibarətdir. Bu ev təxminən 1800-cü ildə sırf Şəki memarlıq ənənəsi ilə, çiy kərpicdən inşa olunub, iki otaq, bir eyvan və zirzəmidən ibarətdir. Mərtəbələr arasında ağac konstruksiya var. Buxarısı da binanın Şərq üslubunda tikildiyini göstərir. Otaqda qədim əşyalar sərgilənir. Evin digər otağında isə M.F.Axundovun anasının məişət əşyaları yer alır. Vaxtilə həyətdə daş və kərpic divarlar, Şərq üslubunda kərpic tağlı darvaza, Mirzə Fətəli Axundzadənin əmizadələrinə məxsus çiy kərpicdən tikilmiş ikimərtəbəli, zirzəmili başqa bir ev də olub. Azərbaycanda ilk xatirə muzeyi olan bu muzey 1940-cı ildə yaradılıb. Muzey iç-içə olan iki kiçik otaqdan ibarət idi. 1975-ci ildə "Ekspozisiya" zalı tikilib. Muzeyin fondunda 516 ədəd qiymətli eksponatlar qorunub saxlanılır. Axundovun 200 illik yubileyinin şərəfinə ev-muzeyində 2011-2012-ci illərdə əsaslı təmir işləri aparılıb. Muzeyin həyətində Mirzə Fətəli Axundzadənin büstü var.

XS
SM
MD
LG