Qan xərçəngindən əziyyət çəkən uşaqların müalicəsinə həsr olunmuş xeyriyyə yarmarkası
Noyabrın 21-də Flora Hostel Baku-da leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədi ilə xeyriyyə yarmarkası keçirilib. Əldə olunan vəsait leykoz xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf ediləcək. "Leykemiya ilə mübarizə" ictimai birliyinin könüllü əməkdaşı Şəhla Məmmədova deyir ki, bu cür tədbirlərin keçirilməsi cəmiyyətin maarifləndirilməsində xüsusi rol oynayır. Yarmarkada müxtəlif cür rəsm əsəri, aksessuar, bijuteriya, toxunma əl işi, oyuncaq və digər suvenirlər satışa çıxarılıb. Şəhla Məmmədova deyir ki, koronavirus pandemiya ilə əlaqədar 1 ildən artıq müddətdir ki, xeyriyyə tədbirlərinin keçirilməsinə ara verilib. Lakin, bundan sonra Leykoz- qan xərçəngindən əziyyət çəkən uşaqların müalicəsi üçün tez-tez bu kimi tədbirlər keçiriləcək.
Episodes
-
Noyabr 23, 2024
Qonaqların COP29-un təşkilatçılığı haqda fikirləri
-
Noyabr 23, 2024
Heyvansevər sığınacağı vasitəsilə 100-dən çox iti xilas edib