Accessibility links

Yeniyetməyə təcavüzdə təqsirləndirilən şəxsin vəsatəti təmin olunmayıb


Yeniyetməyə təcavüzdə təqsirləndirilən şəxsin vəsatəti təmin olunmayıb
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Noyabrın 18-də Binəqədi Rayon Məhkəməsində yeniyetməyə təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin şikayətinə baxılıb. Hakim şikayəti təmin etməyib, həbs qərarı qüvvədə qalıb. Oktyabrın 13-də yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək qızı Sanay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində Sanayın paltarındakı biomaterialların Əsgər Ağazadəyə məxsus olduğu göstərilsə də, o, bir il ərzində həbs olunmayıb. Təqsirləndirilən şəxsin vəkili Vüqar Xasayev isə hər hansı zorakılıq aktının baş vermədiyini bildirib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 149 (zorlama) maddəsi ilə cinayət işi açılıb. Məsələ ictimailəşdikdən sonra iş Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb və İstintaq idarəsinə həvalə edilib.

XS
SM
MD
LG