"Biz insanların evdən asılılığını azaltmaq üçün belə bir platforma yaratdıq"
Hadigro musiqi, incəsənət, idman və s. bu kimi fəaliyyətləri özündə birləşdirən platformadır. Bu platforma valideynlərə övladlarının istedadlarını və ya gələcəkdə kim olmaq istədiklərini kəşf etmələrinə kömək etmək imkanı yaradır. Bakıdakı bu startap valideynləri müxtəlif uşaq fəaliyyətlərini təklif edən provayderlər ilə onlayn platformada birləşdirir. Hadigro platformasının marketinq koordinatoru Fatimə İbadova deyir ki, valideynlərlə uşaqların yaradıcı və onların dünya görüşünü inkişaf etdirəcək fəaliyyətləri birlikdə təcrübədən keçirmələri uşaqların erkən yaşdan şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Fatimə İbadova deyir ki, karonavirus pandemiyasından sonra cəmiyyətdə nəinki uşaqlar, yetkin şəxslər arasında da sosiallaşma probleminə tez-tez rast gəlinir. Belə bir platformada insanlar musiqi və rəqs, təbiət və açıq havada əyləncələr, elm və ya idman dərsləri kimi fəaliyyətlərdən xəbərdar ola bilirlər.
Episodes
-
Noyabr 23, 2024
Qonaqların COP29-un təşkilatçılığı haqda fikirləri
-
Noyabr 23, 2024
Heyvansevər sığınacağı vasitəsilə 100-dən çox iti xilas edib