Əfqan Muxtarlı: Siyasi fəaliyyəti olmayan mühacirlər belə, Azərbaycana deportasiya olunduqdan sonra təzyiqlərlə üzləşir
Almaniyada yaşayan araşdırmaçı jurnalist Əfqan Muxtarlı Almaniyadan deportasiya olunan azərbaycanlı mühacirlərin taleyi, Avropadakı siyasi mühacirlər ,tənqidçi jurnalist və bloqerlərə qarşı təqiblərdən danışıb. İyun ayında Almaniyadan deportasiya olunan AXCP fəalı Mütəllim Orucov həbs edilib. Muxtarlı həbsin siyasi sifariş olduğunu, siyasi fəalliyəti olmayan şəxslərin belə təzyiqlərlə üzləşdiyini qeyd edib.