Cinsi zorakılıq etməkdə şübhəli bilinən şəxs həbsdə qaldı
Oktyabrın 28-də Bakı Apelyasiya Məhkəməsində yeniyetməyə təcavüz etməkdə şübhəli bilinən Əsgər Ağazadənin şikayətinə baxılıb. O, istintaq dövründə həbs edilməsi haqda qərardan apelyasiya şikayəti verib və ev dustaqlığına buraxılmasını tələb edib. Hakim şikayəti təmin etməyib, həbs qərarı qüvvədə qalıb. Əsgər Ağazadənin vəkili Vüqar Xasayev onun həbsdən buraxılmasını zəruri hesab edir. Oktyabrın 13-də yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək qızı Sanay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində Sanayın paltarındakı biomaterialların Əsgər Ağazadəyə məxsus olduğu göstərilsə də, o, bir il ərzində həbs olunmayıb. Təqsirləndirilən şəxsin vəkili Vüqar Xasayev isə hər hansı zorakılıq aktının baş vermədiyini bildirib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 149 (zorlama) maddəsi ilə cinayət işi açılıb. Məsələ ictimailəşdikdən sonra iş Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb və İstintaq idarəsinə həvalə edilib.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib