Elxan Mirzoyev: “TOPLAN” bizi, heyvansevər hərəkatında qorxu yaradmaq üçün məhkəməyə verib
Son illər bir qrup heyvansevər aktivist müxtəlif vaxt və yerlərdə "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin fəaliyyətini tənqid edib, etiraz aksiyaları təşkil edir. Bu ilin avqust ayında "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin əməkdaşları Günel Musayeva və Cəlal Məlikov heyvansevər fəallar barəsində cinayət işi açılması üçün məhkəməyə müraciət edib. Təhqir və böhtan əməllərində ittiham olunan Aynur Babazadə, Nicat İsmayılov, Elxan Mirzəyev və İlhamə Nəsirovadan 100 000 manat məbləğində təzminat tələb edilir. İddia ərizəsində yazılıb ki, heyvansevərlər hər iki əməkdaşın fotosunu və "Toplan"da işlədiyini paylaşandan sonra onların müştərilərinin sayı kəskin azalıb. İddiaçılar onların ictimai nüfuzlarına xələl gətirildiyini əsas göstərirlər. Qeyd edək ki, paylaşılan həmin fotoların birində mübahisəyə səbəb olan “Günel qul-dur” yazılıb. Artıq 2 aydır davam edən məhkəmə prosesi haqda Elxan Mirzoyev Amerikanın Səsinə danışıb. Heyvansevər fəal iddia edir ki, o, həmin paylaşımı edəndə sosial şəbəkədə heç bir şərh yazmayıb və Günel Musayevanı təhqir etmə iddiası ilə onu məhkəməyə vermək qərarını absurd hesab edir.
Episodes
-
Dekabr 18, 2024
Türkiyə 2025-ci ildə vasitəçilik rolunu artırmağa çalışır
-
Dekabr 18, 2024
ABŞ üzərində görülən müəmmalı dronlar suallar doğurur
-
Dekabr 18, 2024
Gürcüstanda yeni prezident seçilib