Accessibility links

Qəbələnin "7 Gözəl" şəlaləsi


Qəbələnin "7 Gözəl" şəlaləsi
please wait

No media source currently available

0:00 0:01:45 0:00

“Yeddi gözəl” şəlaləsi Qəbələ şəhərinin Vəndam qəsəbəsində yerləşir. Bu şəlalə Puskan kəndinin yaxınlığındadır. Yeddi Gözəl Şəlaləsi Qafqaz dağlarının ən yüksək zirvələrindən axır. Qəbələnin ən populyar turizm yerlərindən biri olan bu şəlalə, Vəndam kəndindən 6 kilometr və Puskan qəsəbəsi üzərindəki əsas yoldan 3 km məsafədədir. Vəndam qəsəbəsinə çatdıqdan sonra "Yeddi gözəl" şəlaləsinə dörd kilometr yol getmək lazım gəlir. Bu da şəlalənin dağın dibində, sıx meşəsi olan dağlıq ərazidə yerləşməsi ilə əlaqədardır. Burada müxtəlif yarğanlardan tökülən su yeddi pilləli şəlalə əmələ gətirir. Aşağıdan baxdıqda yalnız iki kiçik şəlalə görünür. Qalan beş şəlaləyə baxmaq üçün sərt pillələrlə yuxarı qalxmaq lazımdır ki, bu da müəyyən fiziki güc tələb edir. Şəlalə həmişə qaranlıq və sərin olur, çünki günəş şüalarından təsirlənməyən sıx meşədə yerləşir. Payızın sonu, qışda və yazın əvvəlləri şəlalənin ətrafı və şəlalə buzla örtülü olduğundan şəlaləyə qalxmaq olmur. Adının mənası 7 mərhələdən ibarət olan şəlalələlər kompleksindən götürülüb. Yaranmış mənzərəyə görə şələlaləni "Yeddi Gözəl " adlanırlar. Dağın başından çıxan bulaqlardan aşağıya doğru 7 konyonvari dərə yaratmış şəlaləyə baxmaq üçün hər il buraya minlərlə turist gəlir. Gələn qonaqların diqqətini cəlb etmək üçün şəlalənin girişində müxtəlif piştaxtalar qurulub.burada müxtəlif cür mürəbbələr, növbənöv bitkilər və s satılır.

XS
SM
MD
LG