"Müdafiə xətti" İnsan Haqları Təşkilatı aylıq hesabatını açıqlayıb
Oktyabrın 4-də "Müdafiə Xətti" İnsan Haqları Təşkilatının mətbuat konfransı keçirilib. Konfransda 2021-ci ilin sentyabr ayı üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair təşkilatın hesabatı səsləndirilib. Təşkilatın icraçı direktoru Rüfət Səfərovun məlumatına görə, hakimiyyətin tənqidçilərinə təzyiq, həbs edilənlərə qarşı fiziki zorakılıq və işgəncə faktları sentyabr ayında da davam edib. Konfransın sonunda, Azərbaycan hökumətindən Müdafiə Xətti adından hüquq və azadlıqların pozulması ilə əlaqədar bir sıra tələblər irəli sürülüb.
Episodes
-
Fevral 18, 2025
Ukraynalı qaçqınlar üçün sosiallaşma klubu
-
Fevral 18, 2025
Kyivdə “Sol Sahil Teatrı” xeyriyyə yarmarkası keçirdi
-
Fevral 17, 2025
Gürcüstanda etirazlar 80 gündür davam edir