Accessibility links

Polis məişət zorakılığı ilə bağlı şikayətlərə operativ baxırmı?


Polis məişət zorakılığı ilə bağlı şikayətlərə operativ baxırmı?
please wait

No media source currently available

0:00 0:07:59 0:00

Baş Prokurorluğun məlumatına görə, Azərbaycanda 2021-ci ilin ilk 6 ayı ərzində 33 qadın qəsdən öldürülüb. Qadın hüquqları müdafiəçiləri məişət zorakılığı ilə bağlı əsas problemin aidiyyatı qurumların şikayəti araşdırmamasında görürlər. Bir çox hallarda polis məişət zorakılığı şikayətlərinə operativ baxmamaqda günahlandırılır. İki azyaşlı uşaq anası Səidə deyir ki, həyat yoldaşı onu və uşaqlarını məhkəmə və rəsmi boşanma olmadan evdən çıxarmaq istəyib. Səidə buna etiraz etdikdə isə zorakılığa və təhqirlərə məruz qalıb. Polisə şikayət edən qadın deyir ki, müstəntiq 1 il boyunca onu müxtəlif bəhanələrlə işdən uzaq tutmağa çalışıb, iş uzandığına görə o müstəntiqin dəyişdirilməsi üçün şikayət edib. Bundan sonra o müstəntiqin təzyiqi ilə üzləşdiyini iddia edir. Səidə özünü müdafiə etdiyi üçün ona cinayət işinin açıldığını deyir. Vəkil Zibeydə Sadıqova deyir ki, operativlik məişət zorakılığında çox vacibdir, amma təəssüf ki, biz heç vaxt polisdən operativ davranış görmürük. Zibeydə Sadıqova polisin hansı tədbirləri görməli olduqlarını izah edir. Vəkil deyir ki, polis ilk növbədə həmin ailəni münaqişəli ailə kimi qeydə almalıdır, daha sonra isə o ailəni davamlı olaraq nəzarətdə saxlamalıdır. Vəkil düşünür ki, məişət zorakılığı ilə bağlı qanun sərtləşdirilməlidir, ancaq o zaman nələrsə müsbətə doğru dəyişə bilər. Qadın hüquqları fəalı Gülnara Mehdiyeva polisin məişət zorakılığı ilə bağlı problemin həllində operativlik göstərmədiyini düşünür. Fəalın sözlərinə görə, polis daha çox işin ört-basdır edilməsində, tərəflərin barışdırılmasında maraqlı olur. Fəal deyir ki, məişət zorakılığı ilə bağlı problemin həllində siyasi iradə yoxdur. Bununla bağlı qanunlar qəbul edilməli və bu qanunların işlədiyini yoxlayan mexanizm olmalıdır. DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə bu iddiaları rədd edir. O, hesab edir ki, polis şikayətlərə operativ şəkildə baxır.

XS
SM
MD
LG