Niyaməddin Əhmədovun məhkəməsində sənədlər tədqiqinə başlanılıb
Sentyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmədə sənədlərin tədqiqinə başlanılıb. Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova bildirib ki, növbəti proseslərdə sənədlərin tədqiqi davam edəcək. Növbətə məhkəmə iclası sentyabrın 15-i saat 15:00-a təyin edilib. Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-da Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub. Mayın 16-da inzibati həbs müddəti başa çatdıqdan sonra Niyaməddin Əhmədova qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, Qabil Məmmədov adlı şəxsin Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib. Baş Prokurorluq ittihamın ibtidai istintaqda sübut olunduğunu bildirir.
Episodes
-
Noyabr 23, 2024
Qonaqların COP29-un təşkilatçılığı haqda fikirləri
-
Noyabr 23, 2024
Heyvansevər sığınacağı vasitəsilə 100-dən çox iti xilas edib