Əfqanıstanlı qaçqın: "Azərbaycan polisindən bunu gözləməzdik"
Mohammad Hussein 20 ildir ki, Azərbaycanda yaşasa da, onlara vətəndaşlıq verilmədiyini deyir. O, Taliban hakimiyyətinə görə qaçqın düşənlərdən biridir. Mohammad bildirir ki, avqustun 23-də Əfqanıstandan olan bir qrup miqrantla Bakının mərkəzində etiraz aksiya keçiriblər. Etirazçılar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyindən onlara diqqəti artırmağı tələb edib. Polis aksiyaya müdaxilə edib və etirazçıları ərazidən uzaqlaşdırıb. Mohammad həm də Taliban hakimiyyətə gələndən sonra Əfqanıstanda yaşayan yaxınlarından da nigarandır, o, onların təhlükədə olduğunu deyir. Pərisa Nəbi deyir ki, əgər Azərbaycan dövləti onları vətəndaş kimi qəbul etmirsə, o zaman BMT onları başqa ölkəyə göndərməlidir. Onlar bununla bağlı dəfələrlə müraciət etsələr də, bu müraciətləri cavabsız qalıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının "Qlobal tendensiyalar – 2020-ci il ərzində zorla didərgin salınmalar" adlı hesabatına görə, hazırda dünyada 2.6 milyondan çox əfqan qaçqın həyatı yaşayır. Azərbaycandakı qaçqınların sayı ilə bağlı sonuncu rəqəmlər 2019-cu ildə açıqlanıb. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi ölkə ərazisində Əfqanıstandan 1226 qaçqının olduğunu bildirib.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib