"Heç birimiz məhkəmədən ədalətli qərar gözləmirik"
Sentyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə təqsirləndirilən şəxslərin şikayəti əsasında məhkəmə prosesi davam edib. Təqsirləndirlilən şəxslər məhkəmənin ədalətinə inanmadıqlarını bildiriblər. AXCP Rəyasət heyətinin üzvü Asif Yusifli qeyd edib ki, məhkəmə obyektiv araşdırma aparmır. Növbəti məhkəmə iclası sentyabrın 6-na təyin edilib. Hökmə əsasən AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli və bitərəf Taleh Məmişov 3 il 6 ay, Seymur Əhmədov (AXCP) 2 il 6 ay, digər AXCP fəalları Şəmsi Rəhimli, Elvin Məmmədov, Elnur Cabbarov, Müşfiq Quliyev, Azərbaycan Demokratiya və Rifah Hərkatının fəalı Pərvin Çobanov , Müsəlman Birliyi Hərəkatının fəalı Kamil Mahmudov, Naxçıvan MR-nin keçmiş daxili işlər naziri, Səyavuş Mustafayev və bitərəflər Dəyanət Mövlayev, Elçin Mehdiyevə 3 il şərti cəza verilib. Hökmə görə şərti cəza müddəti həm də sınaq müddəti hesablanacaq. Təqsirləndirilən şəxslər ittiham qəbul etmədiyini və siyasi sifariş olduğunu bildirib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 127 (qəsdən sağlamlığa az ağır zərər vurma) 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır. Cnayət işi üzrə ümumilikdə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var. AXCP və digər bir sıra siyasi qurumlar həbsləri "siyasi sifariş" hesab edir.
Episodes
-
Noyabr 23, 2024
Qonaqların COP29-un təşkilatçılığı haqda fikirləri
-
Noyabr 23, 2024
Heyvansevər sığınacağı vasitəsilə 100-dən çox iti xilas edib