Accessibility links

"Mənim yolumda" fotosərgisi


"Mənim yolumda" fotosərgisi
please wait

No media source currently available

0:00 0:03:31 0:00

Bakı Küçə Fotoqrafiyasının Festivalı çərçivəsində fotoqraf Tural Rəhmanlının “Mənim yolumda” adlı fərdi sərgisi keçirilib. 31 iyul - 9 avqust tarixlərində baş tutan sərgidə müəllif tərəfindən Türkiyədə, Ukraynada və Azərbaycanda çəkilmiş fotolar sərgilənib. Bu, müəllifin Azərbaycanda ilk fərdi sərgisidir. Sərgidə fotoqrafın müxtəlif şəhərlərdə çəkdiyi 30-a yaxın fotoşəkil sərgilənib. Sərginin kuratoru Xalid Zeynalovdur. Tural Rəhmanlı müxtəlif ölkələrdə keçirilən bir çox sərgi və festivallarda iştirak edib. Tural fotoqrafiyanı “ömürlük layihə” hesab edir. O, “Şərq”, “Metro”, “Çarşı”, "İstanblues", “Ukrayna” kimi layihələrin müəllifidir. Tural Rəhmanlının fotoqrafiya karyerasına 2013-cü ildə Türkiyəyə köçəndən sonra başlayıb. O, 2016-cı ildə “Turkuaz” küçə fotoqraflarının kollektivinə qoşulub.

XS
SM
MD
LG