Sevil Süleymani: Azərbaycan bölgələri İranda erkən nikahların ən çox baş verdiyi bölgələr arasındadır
Bu yaxınlarda açıqlanmış hesabata əsasən, İranda erkən nikahların sayı son ildə əvvəlki illərlə müqayisədə artıb. Bəzi müşahidəçilər bunun əsas səbəbinin İranda son illərdə iqtisadi durumun pisləşməsi ilə əlaqədar olduğunu bildirir. Eyni zamanda müşahidəçilər bu statistikaların İranda yaşyan azlıqlar arasında daha yüksək olduğunu qeyd edir. Qadın və gender məsələləri üzrə tədqiqatçı, Corc Meyson universitetində sosiologiya üzrə doktorant Sevil Süleymani Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında erkən nikahların qarşısının alınmasında maarifləndirmənin rolu və qızlar və qadınların təhsil və iqtisadi imkanlarının genişləndirilməsinin əhəmiyyəti haqda danışıb.
Episodes
-
Yanvar 18, 2025
Donald Tramp – prezidentliyə aparan qeyri-ənənəvi yol
-
Yanvar 18, 2025
Aynur Elgünəş və Natiq Cavadlı həbsdə saxlanılıb
-
Yanvar 18, 2025
Ukraynada müharibənin ağır yükünü daşıyan azərbaycanlı iş adamı