Accessibility links

Fuad Qəhrəmanlı: "İstintaq prosesi düzgün aparılmır"


Fuad Qəhrəmanlı: "İstintaq prosesi düzgün aparılmır"
please wait

No media source currently available

0:00 0:04:28 0:00

Avqustun 26-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə təqsirləndirilən şəxslərdən 2-ci qrupun şikayəti əsasında məhkəmə prosesi davam edib. Növbəti məhkəmə prosesi avqustun 27-si saat 09:45-ə təyin edilib. Bu iş üzrə verilən hökmə əsasən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları İsmayıl Həsənov, Ceyhun Novruzov, Gündüz Mirzəyev, Baba Süleymanov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Ramid Nağıyev, bitərəflər Ceyhun Məmmədov, İsmayıl Məmmədov, Emin Hüseynzadə, Fariz Məmmədov, Vüsal Quliyevin hər birinə 2,5 il sınaq müddəti olmaqla, 2 il 10 ay şərti cəza təyin olunub. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmədiyini və siyasi sifariş olduğunu bildirib. Bu cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var. 2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib. Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 127 (qəsdən az ağır xəsarət yetirmə), 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır. Ötən ilin noyabr-dekabr aylarında həbsdə saxlanılanların hamısı polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.

XS
SM
MD
LG