Accessibility links

“Tovuz işi” üzrə təqsirləndirilənlərin apellyasiya şikayəti təmin edilməyib


“Tovuz işi” üzrə təqsirləndirilənlərin apellyasiya şikayəti təmin edilməyib
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Avqustun 9-da Bakı Apelyasiya Məhkəməsi hakim İlqar Murğuzovun sədrliyi ilə “Tovuz işi” üzrə təqsirləndirilən şəxslər barədə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Təqsirləndirilən şəxslərin yaxınları məhkəmə qərarını etirazla qarşılayıb. Yaxınlarının sözlərinə görə, onlar əsassız olaraq həbs edilib. Vəkil Elçin Sadıqov Bakı Apellyasiya Məhkəməsinın qərarından kassasiya şikayəti veriləcəyini bildirib. Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Qurbanov 8 il, Amin Həsənov, Əflatun Bayramov və Babək Məmmədli 7 il, Tehran Qasımov 5 il, Cavid Amanov, Elgün İsmayılov, Ələddin İbişov, Yusif İmanov, Orxan Qurbanov, Şəhriyar Cabbarov hər biri 2 il yarım müddətinə azadlıqdan məhrum ediliblər. Onlar Cinayət Məcəlləsinin qanunsuz olaraq dini təyinatlı ədəbiyyatın istehsalı, idxalı, yayılması, dini ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi, terrorçuluq və cinayətkar təşkilat yaratma maddələri ilə təqsirləndirilirlər. Bu proseslə bağlı məhkəmədə təqsirləndirilən şəxslər həbslərinə etiraz olaraq məhkəmə zalında özlərinə xəsarətlər yetiriblər.

XS
SM
MD
LG