Heyvansevərlər şəhərin mərkəzində aksiya keçiriblər
Avqustun 6-da heyvan haqları müdafiəçiləri "Toplan" sahibsiz itlərə qayğı mərkəzinin itləri öldürməsinə son qoyulması tələbi ilə şəhərin mərkəzində yürüş keçirməyə cəhd edib. Yürüş iştirakçısı Kamran Məmmədli deyir ki, onlar heyvanlara qarşı dövlət zorakılığına və qətliamlarına qarşı canlı sədd olduqlarını simvolizə ediblər. Kamran Məmmədli və Elmir Abbasov yürüş zamanı saxlanılıb. Yürüşdən öncə isə digər fəallar Nicat İsmayılov və Elxan Mirzəyev saxlanılıb. Saxlanılanların Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparıldığı deyilir.
Episodes
-
Mart 13, 2025
Amerikada penni dövrü bitirmi?
-
Mart 12, 2025
Ukraynadakı müharibənin azərbaycanlı köçkünləri
-
Mart 11, 2025
Amerikanın cənubunda memarlıq yeni bir görkəm qazanır