İctimai fəal Nərmin Şahmarzadə Xəzər rayon Polis İdarəsinin binası qarşısında aksiya və polis bölməsində onlara qarşı rəftar haqda danışıb
İctimai fəal Nərmin Şahmarzadə Xəzər rayon Polis İdarəsinin binası qarşısında aksiya və polis bölməsində onlara qarşı rəftar haqda danışıb. Bir qrup qadın hüquqları fəalı avqustun 4-də Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin binası önündə aksiya keçirib. Səbəb polisin avqustun 3-də əri tərəfindən başı kəsilərək öldürüldüyü deyilən 23 yaşlı Sevinc Məhərrəmovanın şikayətini araşdırmaması, zorakılıq törədən Füzuli Qarayevi vaxtında həbs etməməsidir. Fəallar polis idarəsinin önündə “Sevincin qatili dövlətdir!”, “Qadın qətlləri siyasidir!” şüarları səsləndiriblər. Polis binasının giriş qapısına qan rəngi rəmzi olan qırmızı maye atıblar. Polis idarəsində jurnalistlərə və fəallara qarşı zorakılıq göstərilib.
Episodes
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?
-
Yanvar 10, 2025
Tofiq Yaqublunun məhkəməsində insident yaşanıb