Qadın haqları fəalları Daxili İşlər Nazirliyinin binası qarşısında aksiya keçirib
İyulun 29-da qadın haqları fəalları Daxili İşlər Nazirliyinin binası qarşısında aksiya keçirib. Fəallar son 10 gündə məişət zorakılığı zəminində qətlə yetirildiyi iddia edilən beş qadının adı yazılmış tabutun maketini nazirliyin binasının qarşısına qoyub. Aksiya iştirakçıları Aytac Ağazadə, Gülnara Mehdiyeva və Sevgi İsmayılbəyli 9-cu polis bölməsinə aparılıblar. Qısa müddət saxlanıldıqdan sonra sərbəst buraxılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "qadın qətlləri siyasidir" ifadəsini siyasi layihə adlandırıb.
Episodes
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?
-
Yanvar 10, 2025
Tofiq Yaqublunun məhkəməsində insident yaşanıb