Rauf Məmmədov: Neft qiytmətlərinin kəskin dəyişməsi iqtisadiyyatı neftdən asılı ölkələr üçün rikslər yaradır
Beynəlxalq Enerji Agentliyi bu yaxınlarda Aazərbaycanın enerji siyasəti ilə bağlı yeni təhlilini açıqlayıb. Agentliyin proqnozlarına əsasən, neft və qaz Azərbaycan iqtisadiyyatında yaxın və orta müddətdə dominant rol oynamağa davam edəcək, lakin uzun müddət üçün neft və qazın əhəmiyyətinin qeyri-müəyyən olduğu göstərilir. Hesabatda Azərbaycanın mühüm və etibarlı neft və qaz ixracatçısı olduğu qeyd edilir, daxili enerji təchizatı və istehlakının səməmərəliliyinin artırılması və şaxələndirilməsi məqsədilə bir sıra tövsiyələr verilir. Vaşinqtonda enerji məsələləri üzrə təhlilçi Rauf Məmmədov Amerikanın Səsinə müsahibədə Azərbaycanın neft və qazdan asılılığı azaltmaq istiqamətdə atmalı olduğu addımlar, yenilənən enerji növlərinin inkişaf etdirilməsi və alternativ enerji növlərinə keçid istiqamətində görülən işlərdən danışıb.
Episodes
-
Noyabr 17, 2024
ABŞ-da seçilən prezident üçün keçid dövrü həftələrlə vaxt çəkir
-
Noyabr 15, 2024
"Arşın mal alan" Ankarada yenidən səhnələndi